QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi -
Respublika QİÇS-lə Mübarizə Mərkəzi "Dadaş-N" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq.

Qaynarinfo-nun məlumatına görə, şirkət Mərkəzin qanda insan immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizənin təkmilləşdirilməsi və İİV infeksiyası ilə mübarizə aparmaq məqsədilə birdəfəlik istifadə vasitə və malların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 424 012,94 manatdır.

"Dadaş-N" şirkəti 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 500 manatdır. Şirkətin hüquqi ünvanı Ağdam rayonu Ağdam şəhəri, 20 yanvar küçəsi, Ağdam Sənaye Parkında yerləşir. MMC-nin qanuni təmsilçisi Dadaşov Nəsimi Cəfər oğludur.

"Dadaş-N" şirkəti dövlət satınalmalarında fəal iştirak edir. Şirkətin əsas sifarişçilərindən biri də Respublika QİÇS Mərkəzidir. Mərkəz ötən il şirkətlə iki satınalma müqaviləsi bağlayıb. Bu müqavilələr əhalinin riskli qrupları arasında profilaktik xidmətlərin genişləndirilmasi ilə İİV epidemiyasına qarşı cavab tədbirlərinin gücləndirilməsi üçün birdəfəlik istifadə vasitələrinin satın alınması ilə bağlı olub. Müqavilələrin toplam maliyyə dəyəri 407 052,8 manatdır.

"Dadaş-N" şirkəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Bununla belə, şirkət iri layihələr həyata keçirir. Məsələn, 2022-ci ildə yayılan məlumata görə, şirkət Ağdam Sənaye Parkında 2 hektar ərazidə fabrik inşa edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində il ərzində 1 milyon kvadrat metrdən çox xalça istehsalı, 60 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Bu məlumatda "Dadaş-N" MMC Ağdam Sənaye Parkının rezident şirkəti kimi təqdim edilib.

Fabrikin inşa edilib-edilmədiyi bəlli deyil. Bəlli olan odur ki, "Dadaş-N" şirkətin rəhbəri Nəsimi Dadaşov bununla bağlı inzibati məsuliyyətə cəlb edilib. Səbəb isə Nəsimi Dadaşovun Azərbaycanda iş icazəsi olmayan İran vətəndaşı Nikrouz Forouzandehi fabrikin memarı və layihə rəhbəri kimi çalışdırması olub.

Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsi Nəsimi Dadaşov barəsində İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə iş adamı 15 000 manat məbləğində cərimə edilib.

Nəsimi Dadaşov həm də "Barama-N", "Sasar İstehsal Malları" və "Nəsimi 1965" şirkətlərinin qanuni təmsilçisidir. Bu şirkətlərin adına vergi sistemində rast gəlinmir.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?
25 Aprel 2025 Ermənistan Türkiyədən nə alıb və nə satıb? - SİYAHI
25 Aprel 2025 Ağsu rayonunda tenderləri kim udur? - İLGİNC...
24 Aprel 2025 Prezident İlham Əliyev Sonq Hailianq ilə görüşüb
24 Aprel 2025 Kredit faizlərinin aqibəti necə olacaq? - AKTUAL
23 Aprel 2025 Bitkoinin qiyməti kəskin artdı
23 Aprel 2025  Kimlər “Lukoyl”un hesabına milyarder olub? - SİYAHI
23 Aprel 2025 Kartof-soğanın qiyməti niyə kəllə-çarxdadır? - Ekspert AÇIQLADI
23 Aprel 2025 Gömrükdən büdcəyə daxil olan vəsaitlərdə böyük azalma var - HESAB-KİTAB
23 Aprel 2025 Ekspertdən cərimə qalmaqalına CAVAB

Dünyapress TV

Xəbər lenti